Bank Of Baku

Donetsk və Kiyevdə Azərbaycanın müstəqillik gününə həsr olunmuş təntənəli qala-konsertlər keçiriləcək

Donetsk və Kiyevdə Azərbaycanın müstəqillik gününə həsr olunmuş  təntənəli qala-konsertlər keçiriləcək
# 06 oktyabr 2009 11:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Oktyabrın 18-20-də Ukraynanın Donetsk və Kiyev şəhərlərinin Dövlət Akademik Opera və Balet teatrlarında Azərbaycanın müstəqillik gününə həsr olunmuş təntənəli qala-konsertlər keçiriləcək. Heydər Əliyev Fondu, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Ukraynadakı səfirliyi və Azərbaycan-Ukrayna Konqresinin təşkilatçılığı ilə keçiriləcək konsertlərdə Azərbaycanla yanaşı, Rusiyanın mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Bu barədə APA-ya Azərbaycanın gənc dirijoru Əyyub Quliyev məlumat verib. Konsert proqramlarında beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, Ukraynanın əməkdar incəsənət xadimi Vasiliy Vasilenko, Ukraynanın əməkdar incəsənət xadimi, professor German Makarenko Donetsk və Kiyev Akademik Milli Opera və Balet Teatrlarının simfonik orkestrlərini idarə edəcəklər. Konsertlərin proqramına F. Əmirovun “Min bir gecə” baletindən fraqmentlər, Azərbaycan və Ukraynanın görkəmli bəstəkarları – Ü. Hacıbəyov, Q. Qarayev, F. Əmirov, Ə. Bədəlbəyli, H. Xanməmmədov, F. Bədəlbəyli, M. Maqomayev, H. Rzayevin əsərləri və klassik muğamlar daxildir. Konsertlərdə Azərbaycanın xalq artisti, professor Ramiz Quliyev, əməkdar artist Gülnaz İsmayılova, beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova, həmçinin, Ukraynanın məşhur balet və rəqs ustaları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR