Bank Of Baku

Azərbaycan və Avstriya arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb

Azərbaycan və Avstriya arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb
# 07 oktyabr 2009 10:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan və Avstriya arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb. APA-nın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytına istinadən yaydığı xəbərə görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-6-da Avstriyada səfərdə olub. Ə. Qarayev Avstriyanın Təhsil, İncəsənət və Mədəniyyət üzrə federal naziri Klaudia Şmidtlə görüşüb. Görüşdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın Təhsil, İncəsənət və Mədəniyyət üzrə Federal Nazirliyi arasında mədəniyyət və incəsənət sahələrində 2009-2012-ci illəri əhatə edən əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumda növbəti illərdə iki ölkə arasında mədəniyyət və incəsənət sahələrində əlaqələri dərinləşdirmək, muzeylər arasında təcrübə mübadiləsi aparmaq, incəsənət xadimləri və ekspertlər arasında təlim kursları keçirmək, hər iki ölkədə mədəniyyət tədbirlərini təşviq etmək və informasiya mübadiləsi aparmaq barədə müddəalar öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR