Bank Of Baku

“Sumqayıt şəhərinə həsr olunmuş ən yaxşı mahnı” müsabiqəsinə yekun vurulub

“Sumqayıt şəhərinə həsr olunmuş ən yaxşı mahnı” müsabiqəsinə yekun vurulub
# 07 oktyabr 2009 21:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə Sumqayıtın yaradılmasının 60 illiyi münasibətilə “Sumqayıt şəhərinə həsr olunmuş ən yaxşı mahnı” mövzusunda keçirdiyi müsabiqəyə yekun vurulub.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bəstəkarlar İttifaqının katibi, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Eldar Mansurovun rəhbərlik etdiyi, əməkdar incəsənət xadimləri, bəstəkar Mobil Babayev, musiqişünas Həcər Babayeva, ABİ-nin məsləhətçisi, musiqişünas Sevda Hüseynovadan ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunan 10 əsərin arasından qalibləri müəyyən edib. Musiqisi İlham Abdullayevə, sözləri isə Vahid Əzizə məxsus olan “Sumqayıt lövhələri” əsəri I yerə layiq görülüb. Münsiflər heyətinin qərarına görə, Ədviyyə Rəhmətovanın Zivər Ağayevanın sözlərinə bəstələdiyi “Sumqayıt”, musiqisi və sözləri Emil Murada məxsus olan “Gözəl Sumqayıt” mahnıları II, musiqisi Nərminə Nağıyevaya, sözləri isə Qafqaz Əvəzoğluna məxsus olan “Sumqayıtım” mahnısı isə III yeri qazanıblar. Müsabiqənin I yerinin qalibi üçün 500, II və III yerlərin sahiblərinə isə 150 manat məbləğində pul mükafatı və diplomlar nəzərdə tutulub.

Müsabiqədə qalib gələn əsərlər Sumqayıt şəhərinin 60 illiyinə həsr olunan qala-konsertdə ifa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR