Bank Of Baku

Maqsud İbrahimbəyovun əsəri əsasında film çəkilir

Maqsud İbrahimbəyovun əsəri əsasında film çəkilir
# 08 oktyabr 2009 09:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Maqsud İbrahimbəyovun oğlu Murad İbrahimbəyov atasının “Qardaşdan yaxşısı olmayıb” (“Ne bılo luçşe brata”) adlı hekayəsi əsasında film çəkir. APA-nın məlumatına görə, quruluşçu rejissor keçirdiyi mətbuat konfransında bildirib ki, atasının keçən əsrin 70-ci illərində yazdığı hekayə bu gün bütün dünya üçün aktualdır. Filmin iki qardaşın münasibətlərindən bəhs etdiyini deyən Murad İbrahimbəyov çəkilişlərin iyul ayında başlandığını söyləyib. Bakının sürətlə dəyişdiyinə diqqət çəkən kinorejissor, o vaxtkı Bakını təsvir etmək üçün müəyyən yerlər tapdığını vurğulayıb. O, Şəkidə də çəkilişlər aparıldığını, bundan sonra çəkilişlərin Sibirdə aparılacağını açıqlayıb.

Filmin prodüseri olan Aleksandr Şvıdkoy isə bildirib ki, film beynəlxalq layihədir və çəkilişdə Azərbaycan və Rusiya ilə yanaşı, Bolqarıstan və Ukrayna da iştirak edirlər. Filmdə əsas rolları rusiyalı aktyorlar Sergey Puskepalis və Yevgeni Tsıqanov oynayırlar. Digər rolları azərbaycanlı aktyorlar Hacı İsmayılov və Zaur Tahirbəyov ifa edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR