Bank Of Baku

Yeddi yaşlı rəssam: “Azərbaycanı dünyada layiqincə təmsil etmək arzusundayam”

Yeddi yaşlı rəssam: “Azərbaycanı dünyada layiqincə təmsil etmək arzusundayam”
# 08 oktyabr 2009 16:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Tofiq İsmayılov adına Uşaq Rəsm Qalereyasında 7 yaşlı rəssam Kəmalə Cəfərovanın ilk fərdi yaradıcılıq sərgisi keçirilib. APA-nın məlumatına görə, sərgidə azyaşlı rəssamın 56 rəsm əsəri nümayiş etdirilib. Sərginin açılışında çıxış edən Azərbaycan Rəssamlar İttifaqının üzvü, T. İsmayılov adına Uşaq Qalereyasının direktoru və kiçik rəssamın müəlliməsi Aynurə Həşimova Kəmalənin iki ildir rəssamlıqla məşğul olduğunu söyləyib: “Yaşının az olmasına baxmayaraq, incəsənət adamlarına məxsus çox güclü duyumu, hiss etmək və anlatmaq qabiliyyəti var. Çəkmək istədiyi bir nağıl haqqında danışanda və yaxud qızları çəkərkən onların müxtəlif formada paltarlarını təsvir edəndə yorulmaq bilmədən suallar yağdırır. Kəmalə nağıllar aləmindən rəsmlər çəkməyi xoşlayır. Hələ çox balaca olmasına baxmayaraq, artıq onun özünəməxsus üslubu var. Kəmalənin gələcəkdə çox məşhur rəssam olacağına inanıram”.

K. Cəfərovanın anası Sevinc Rəhimova isə qızının çox kiçik yaşlarından bu sənətə maraq göstərdiyini bildirib: “Elə onun bu istedadını və həvəsini görüb onu qalereyaya gətirdim. İki ildir fərdi dərs alır. Bu ilk sərgisi olsa da, növbəti sərgilərini də təşkil etməyi nəzərdə tuturuq. Xarici ölkələrdə də sərgilər keçirməyi düşünürük. Bu yaxınlarda onun bir neçə rəsm əsəri Moskvada keçirilən sərgidə nümayiş olunub”.

Kəmalə özü isə dünya şöhrətli rəssam olmaq istədiyini və Azərbaycanı dünyada layiqincə təmsil edəcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR