Bank Of Baku

Səbail rayonunda Almaniyanın Birləşməsi gününə həsr olunmuş Alman mədəniyyət həftəsi başlayıb

Səbail rayonunda Almaniyanın Birləşməsi gününə həsr olunmuş Alman mədəniyyət həftəsi başlayıb
# 08 oktyabr 2009 20:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanda Almaniya mədəniyyəti günləri çərçivəsində Səbail rayonunda yerləşən 160 saylı klassik gimnaziyada 3 oktyabr - Almaniyanın Birləşməsi gününə həsr olunmuş Alman mədəniyyət həftəsi başlayıb.

APA-nın məlumatına görə, mədəniyyət həftəsi çərçivəsində alman dilində açıq dərs, alman filmlərinin tamaşası, alman dilində söhbətlər və s. tədbirlər keçirilib. Tədbirlərin davamı olaraq sabah “Almaniyanın tərəf-müqabil məktəbləri” proqramında gimnaziyanın iştirakına həsr edilmiş lövhənin açılış mərasimi keçiriləcək. Tədbirdə Təhsil Nazirliyi, Səbail rayon İcra Hakimiyyətinin, Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR