Bank Of Baku

Azərbaycanda Mərakeş Mədəniyyət Günləri keçiriləcək

Azərbaycanda Mərakeş Mədəniyyət Günləri keçiriləcək
# 09 oktyabr 2009 11:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 15-19-da Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, Krallığın incəsənətini respublikamızda mədəniyyət naziri Bensalem Himmicin rəhbərlik etdiyi 50 nəfərə yaxın nümayəndə heyəti təmsil edəcək. Mədəniyyət Günləri ilə əlaqədar oktyabrın 16-da Azərbaycan Rəssamlar İttifaqının V’cih’ Səmədova adına Sərgi Salonunda Mərakeş sənət sərgisinin açılışı olacaq. Həmin gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Mərakeş Krallığının Mədəniyyət Günlərinin açılış mərasimi və konsert keçiriləcək. Mədəniyyət günləri ilə əlaqədar oktyabrın 17-də Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Azərbaycan və Mərakeş ədəbiyyatçılarının iştirakı ilə “Dəyirmi masa” təşkil olunacaq, oktyabrın 17-18-də Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında Mərakeş filmləri nümayiş etdiriləcək. Mərakeş incəsənət ustalarının oktyabrın 17-də Sumqayıt şəhərində, 18-də Mərdəkan qəsəbəsində çıxışları planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR