Bank Of Baku

Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru İslam ölkələri mədəniyyət nazirlərinin Bakı konfransında iştirak edəcək

Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru İslam ölkələri mədəniyyət nazirlərinin Bakı konfransında iştirak edəcək
# 09 oktyabr 2009 15:22 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Oktyabrın 13-15-də İslam ölkələri mədəniyyət nazirlərinin Bakıda keçiriləcək 6-cı konfransında Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer də iştirak edəcək. APA-nın AŞ-nin saytına istinadən verdiyi məlumata görə, 2008-ci ilin dekabrında start verilən mədəniyyətlərarası dialoqun inkişafı üzrə Bakı prosesinin davamı kimi AŞ üzvü olan 10-dan çox ölkə islam ölkələri mədəniyyət nazirlərinin toplantısına qatılacaq. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İSESCO tərəfindən birgə təşkil edilən tədbirin ilk günündə mədəniyyətlərarası dialoq və müxtəlif ölkələr arasında mədəni əməkdaşlıq məsələlərinə həsr olunmuş dəyirmi masa keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR