Bank Of Baku

“Şərur” Xalq Yallı Ansamblı Türkiyədə keçirilən festivalda Azərbaycanı təmsil edəcək

“Şərur” Xalq Yallı Ansamblı Türkiyədə keçirilən festivalda Azərbaycanı təmsil edəcək
# 10 oktyabr 2009 01:32 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. “Şərur” Xalq Yallı Ansamblı Türkiyənin Xalq Rəqsləri Kollektivinin dəvəti ilə Türkiyəyə səfər edəcək.

Şərur rayon Mədəniyyət şöbəsindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, ansambl 10-17 oktyabr tarixlərində Türkiyənin Bitlis, Ərzincan və Çorum şəhərlərində keçiriləcək festivalda ölkəmizi təmsil edəcək. Ansamblın üzvləri bu gün festivalda iştirak etmək üçün Türkiyəyə yollanıblar.

Qeyd edək ki, “Şərur” Xalq Yallı Ansamblının kollektivi bir neçə gün öncə də Türkiyədə olub. Türkiyənin İqdır şəhərində İqdır valisinin və Türkiyə Hər Kəs Üçün Spor Federasiyasının təşkilatçılığı ilə keçirilən “Ağrı dağı uluslararası idman və folklor şənlikləri” tədbirlərində çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR