Bank Of Baku

Görkəmli macar heykəltəraşı II Dünya müharibəsindən sonra hərbi əsir kimi Sumqayıtda saxlanılıb

Görkəmli macar heykəltəraşı II Dünya müharibəsindən sonra hərbi əsir kimi Sumqayıtda saxlanılıb
# 09 oktyabr 2009 19:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın Macarıstandakı səfirliyində görkəmli macar heykəltəraşı Laslo Gomboşla görüş keçirilib. Bu barədə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubda deyilir.
Sumqayıt ŞİH-dən APA-ya verilən məlumata görə, Laslo Gomboş 2 il əvvəl Azərbaycanın Macarıstandakı səfirliyinə müraciət edərək, II Dünya müharibəsindən sonra Azərbaycanda hərbi əsir kimi saxlanıldığını və həmin dövrdə Sumqayıt şəhərinin tikintisində iştirak etdiyini bildirib. L.Gomboş tədbirdə çıxış edərək müharibədən sonra - 65 il əvvəl hərbi əsir kimi Azərbaycanda yaşaması, həmin dövrdə Sumqayıt şəhərinin tikintisində iştirak etməsi haqqında iştirakçılara məlumat verib. Onun əsir düşərgəsində qaldığı dövrdə düşərgənin işçiləri üçün nümayiş etdirilən “Arşın mal alan” filminin səsini dinlədiyini və bir sıra musiqili dialoqların mənasını anlamadan yadda saxladığını açıqlayıb. Əsir düşərgəsində ağır xəstəliyə tutulduğunu deyən heykəltəraş onu müalicə etmiş Bədəlova soyadlı azərbaycanlı həkimi minnətdarlıqla xatırlayaraq, bu gün yaşadığı üçün həmin həkimə borclu olduğunu bildirib. Görüşdə “Arşın mal alan” filmindən L.Gomboşun xatırladığı mahnının səsləndiyi epizodlar nümayiş etdirilib.
Tədbirdə Sumqayıt şəhərinin müasir vəziyyətinə dair ŞİH başçısı Vaqif Əliyev tərəfindən təqdim edilmiş videomaterial və fotoşəkillər nümayiş olunub. Həmin videomateriallardan və fotoşəkillərdən ibarət disk L.Gomboşa hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR