Bank Of Baku

Bakı keçirilən İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalı başa çatıb

Bakı keçirilən İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalı başa çatıb
# 10 oktyabr 2009 09:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2009-cu il Bakı - İslam Mədəniyyəti Paytaxtı ili çərçivəsində keçirilən İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalına yekun vurulub. APA-nın məlumatına görə, bununla bağlı ötən gün keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ümumdünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Qussur Qudmundssun, Ümumdünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen De Padilya, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və 14 ölkə nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın çox önəmli olduğunu və bundan sonra ənənə şəklində keçiriləcəyini qeyd edib: «Mən çox şadam ki, bu cür festivallar bizim paytaxtda da keçirilir. Bu bizim üçün çox əhəmiyyətli və dəyərli bir mərasimdir. Hər bir ölkə öz mətbəxi ilə seçilir və bunu nümayiş etdirmək, tanıtmaq lazımdır».

Tədbrin davamında Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov mükafatları hər bir ölkəyə təqdim edərək birinci yerin qalibini açıqlayıb. T.Əmiraslanov qeyd edib ki, beynəlxalq kulinarların təmsil olunduğu münsiflər heyəti tərəfindən Türkiyə kulinarları Beynəlxalq Kulinariya Festivalının qalibi seçilib. Nazir Ə.Qarayev tədbirin baş mükafatını və Nazirliyinin kubokunu Türkiyə komandasına təqdim edib.

Ümumilikdə, çempionatda 44 qızıl medal qazanılıb. Bunlardan 11-ni Azərbaycan, 7-ni Türkiyə, 5-ni Belarus, 5-ni Serbiya, 4-nü İran, 3-nü Ukrayna, 2-ni isə Rusiya əldə edib. Qalan ölkələr gümüş və bürünc medallara layiq görülüb.

Qeyd edək ki, Milli Kubokları Azərbaycan Komandasına Ümumdünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen De Padilya təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR