Bank Of Baku

“Arşın mal alan”ın rus dilində premyerası keçirilib

“Arşın mal alan”ın rus dilində premyerası keçirilib
# 12 oktyabr 2009 08:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 100 illiyi çərçivəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” ikipərdəli operettasının rus dilində premyerası keçirilib. APA-nın məlumatına görə, Elvin Mirzəyevin quruluş verdiyi tamaşa çox uğurlu alınıb. Əsgər rolunda Anar Şuşalı, Gülçöhrə rolunda Yuliya Heydərova, Sultan bəy rolunda Boris Qrafkin, Cahan xala rolunda Svetlana Bulax çıxış ediblər.

Qeyd edək ki, əsər olduğu kimi səhnələşdirilib. Yalnız Sultan bəyin dilindən bir neçə yeni uğurlu replika əlavə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR