Bank Of Baku

Nazir: “Aşıq sənəti və Novruz bayramının UNESCO-nun Mədəni İrs Siyahısına salınması Azərbaycan üçün çox böyük uğurdur”

Nazir: “Aşıq sənəti və Novruz bayramının UNESCO-nun Mədəni İrs Siyahısına salınması Azərbaycan üçün çox böyük uğurdur”
# 12 oktyabr 2009 10:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən İçərişəhərin, Muğamın, Qobustanın, Aşıq sənətinin və Novruz bayramının UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsi Azərbaycan üçün çox böyük uğurdur. Əgər bir neçə il əvvəl ancaq İçərişəhər bu siyahıya daxil edilmişdisə, bu gün artıq siyahı genişlənib. Sözsüz ki, bu iş dayandırılmayacaq, siyahının daha da uzanmasına çalışacağıq”. APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, bu gün Aşıq sənətinin geniş yayıldığı Qazax, Gədəbəy, Ağstafanın bu sənətin təqdimatına tam hazır olması sual altındadır: “Aşıq sənəti artıq UNESCO-nun Mədəni İrs Siyahısına salınıb. Sözsüz ki, bundan sonra bu sənətə maraq daha da artacaq. Ancaq bu gün Aşıq sənətinin daha çox yayıldığı zonalar bu sənəti daha yüksək şəkildə göstərməyə hazırdırmı? Bu sualı aradan qaldırmaq üçün fəaliyyət genişləndirilməlidir”.

Ə. Qarayev qeyd edib ki, oktyabrın 13-dən Bakıda keçiriləcək İslam ölkələri mədəniyyət nazirlərinin toplantısında bir sıra vacib məsələlər müzakirə olunacaq. Həmin məsələlər arasında isə Azərbaycanın işğal altında olan torpaqlarında dağıdılmış mədəni-tarixi abidələr də əksini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR