Bank Of Baku

Fidan Hacıyeva: “Bir daha belə uzun müddətli səfərə getməyəcəyimə söz verdim” - FOTO

Fidan Hacıyeva: “Bir daha belə uzun müddətli səfərə getməyəcəyimə söz verdim” - <font color=red>FOTO </font>
# 12 oktyabr 2009 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva bu günlərdə Türkiyə səfərini başa vurub. Səfərlə bağlı APA-ya açıqlama verən F. Hacıyeva bildirib ki, səfər çərçivəsində ilk konserti Türkiyənin Mərsin şəhərində olub. Onun bu səfəri TÜRKSOY-un Opera Günlərində çıxışı ilə bağlı olub: “Çox sevindim ki, məni hələ də Mərsində tanıyırlar. Bütün opera ifaçıları məni çox yaxşı qarşıladılar və bu səfərdən hər birimiz çox böyük zövq aldıq. Konserti azərbaycanlı dirijor idarə edirdi və bu çox gözəl bir haldır. Mənim çıxışımı ən sona saxlamışdılar, konsert mənim ifamla başa çatdı”. Əməkdar artistin sözlərinə görə, Mərsindən sonra opera ifaçıları eyni konsert proqramı ilə Kiprdə çıxış ediblər. Kiprdəki konsertdə TÜRSKOY-un baş direktoru Düsen Kaseinov da iştirak edib: “Həmin müddətdə bizim görüşümüz də keçirildi. Görüş zamanı Düsen Kaseinov konsertlərdən çox məmnun olduğunu dilə gətirdi. Konsert Bələdiyyə Antik Teatrında açıq havada baş tutdu. Səfər zamanı bir çox konsert agentləri ilə tanış oldum və onların bir çox təklifləri oldu. Sonra isə İstanbul şəhərinə səfərimiz oldu və İstanbul Opera Orkestrinin çox gözəl müşayiəti ilə Antik Teatrında konsert verdik. Bu səfərim 15 gün davam etdi. Bundan sonra mənə nə təklif etsələr də, bu qədər uzun müddətli səfərlərə razılıq verməyəcəm”. Sənətçinin sözlərinə görə, səfər çərçivəsində təşkil olunan xüsusi dəvətdə o, “Sevgili canan” romansını oxuyub və bu ifası bütün tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Sənətçi qeyd edib ki, səfər çərçivəsində bir çox təkliflərlə yanaşı Türkiyənin opera teatrlarından birində “Karmen” operasında baş rolu oynamaq təklif olunub. Vokal ifaçısının sözlərinə görə, ilin sonuna kimi beş operanı təqdim etməyi qarşısına məqsəd qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR