Bank Of Baku

Azərbaycanlı cazmen “Buta project” layihəsi ilə dünya turnesinə çıxır

Azərbaycanlı cazmen “Buta project” layihəsi ilə dünya turnesinə çıxır
# 12 oktyabr 2009 20:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı cazmen Şahin Növrəsli hazırladığı yeni “Buta project” layihəsi ilə dünya turnesinə çıxacaq.

İki ildir bu layihə süzərində çalışan Şahin Növrəsli sözügedən layihə ilə noyabrın 12-də Moskvada, 14-də Sankt-Peterburqda, 16-da Brüsseldə, 18-də Parisdə, 21-23-də Strasburqda, 25-də Londonda çıxış edəcək. Bu konsertdə Şahin Növrəsli pianoda ifa etməklə yanaşı, həm də oxuyacaq. Konsertlərdə Ş.Növrəsli ilə yanaşı, kontrabasda Neytan Pek, zərb alətlərində Aleksandr Maşin, tarda Arslan Növrəsli, kamançada isə Nurlan Növrəsli çıxış edəcək.

Ş.Növrəslinin mətbuat katibinin APA-ya verdiyi məlumata görə, sözügedən turne Buta Mədəniyyət Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçiriləcək. Ş.Növrəsli noyabrın 25-dən gələn ilin martın 7-nə qədər Londonda keçiriləcək “Buta Festival of Azerbaidjan Art” beynəlxalq festivalında da ölkəmizi təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR