Bakıda İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransı keçirilir
İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təbrik məktubu oxunub. APA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunu iştirakçılara baş nazirin I müavini Elçin Əfəndiyev çatdırıb. Dövlət başçısının təbrik məktubunda deyilir: “2009-cu il üçün Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi müxtəlif sivilizasiyaların qovşağında yerləşən ölkəmizin zəngin tarixinə və mədəniyyətinə yüksək qiymətdir. Gün ərzində gerçəkləşən tədbirlər İslam Konfransı təşkilatları çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhvələr verib, bir daha Azərbaycanın böyük İslam mədəniyyətinin formalaşmasında tutduğu mövqeyə diqqəti cəlb edib. Respublikamızda hökm sürən tolerantlıq mühitini biz böyük tarixi nailiyyətimiz kimi dəyərləndirir, bu ənənələri davam etdirəcək, müxtəlif dinlər və mədəniyyətlər arasında konstruktiv dialoqun qurulması prosesinə daim diqqət yetirilir. Əminəm ki, bu konfransında müxtəlif sivilizasiyaların, ortaq mənəvi, mədəni dəyərlərə əsaslanan səmərəli əməkdaşlıq səylərinə kömək edir”.
Təbrik məktubunda bildirilir ki, Azərbaycan özünün müasir, tarixi-mədəni irsinin qorunması və tədbirinə dair beynəlxalq miqyaslı bir çox layihələri həyata keçirir: “Lakin 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalmış torpaqlarımızdakı İslam mədəniyyətinə aid bütün nümunələr, o cümlədən dini məbədlər, məscidlər və abidələr dağıdılıb. Məruz qaldığımız bu təcavüzlə bağlı olaraq daim İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən Azərbaycanın haqq mövqeyinin dəstəklənməsi ölkəmizdə hər zaman təqdirlə qarşılanıb. İnanıram ki, konfransda İslam Dünyası Mədəniyyətinin aktual məsələlərinə dair ətraflı müzakirələr aparılacaq, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı mədəni əməkdaşlığın yeni inkişaf yolları müəyyən ediləcək”.
Dövlət başçısının təbrik məktubundan sonra konfransda İSESCO-nun baş katibi Əbdüləziz İbn Əl-Tüveycri çıxış edib. Çıxışında bir çox məsələlərə toxunan baş katib bu tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib. Eyni zamanda o, dünya ölkələri arasında gedən münaqişələrin tez bir zamanda həll olunmasının tərəfdarı olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, 2007-ci ilin 21-23 noyabr tarixində Liviyanın Tripoli şəhərində keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin V Konfransında Bakı şəhərinin 2009-cu il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması və nazirlərin VI Konfransının 2009-cu ildə Bakıda keçirilməsi qərara alınıb. Bununla əlaqədar “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət İlinin proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil edilib. Tədbirlər sırasında Mədəniyyət ilinin açılış və bağlanış mərasimləri, İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı, Türkdilli dövlətlərin mədəniyyət nazirlərinin toplantısı, Beynəlxalq Muğam Festivalı, Azərbaycanda Mərakeş Krallığının, Qətər Dövlətinin, İordaniyanın Mədəniyyət Günləri, “Şərq-Qərb” Beynəlxalq Kinofestivalı, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının II Konfransı, İSESKO-ya üzv dövlətlərin Beynəlxalq Turizm Filmləri Festivalı, Şərq-Qərb Beynəlxalq Rəqs Festivalı, İslam Mətbəxi I Beynəlxalq Kulinariya Festivalı, I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və digərləri mühüm yer tutur.
Konfransın ilk günü İslam Konfransı təşkilatına üzv dövlətlər və bir sıra Avropa dövlətləri arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa təşkil edilib. Dəyirmi masa ideyası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilmiş Avropa ölkələrinin mədəniyyət nazirlərinin konfransında irəli sürülüb və həmin konfransda əsası qoyulan “Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi” çərçivəsində həyata keçirilir. Konfransdan öncə cari ilin 9-10 oktyabr tarixində Bakıda həmçinin İslam Dünyasının Mədəni Strategiyasının yerinə yetirilməsinə dair Məşvərətçi Şuranın IX İclası olub. İclasda konfransda qəbul ediləcək sənədlərin müzakirəsi aparılıb. Bununla yanaşı, 2009-cu ilin 16-17 oktyabr tarixində Bakıda TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 26-cı toplantısı olacaq. İclasda TÜRKSOY-a üzv olan ölkələrin mədəniyyət nazirləri və bir sıra təşkilatların nümayəndələri iştirak edəcək.
Mədəniyyət siyasəti
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək
Xəbər Lenti
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır