Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycanın işğal olunmuş ərazilərində islam mədəniyyətinə aid abidələrə qarşı vandalizm fəaliyyətləri pislənməlidir”

Əbülfəs Qarayev: “Azərbaycanın işğal olunmuş ərazilərində islam mədəniyyətinə aid abidələrə qarşı vandalizm fəaliyyətləri pislənməlidir”
# 13 oktyabr 2009 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “İslam irsinin qorunması bizim tariximizə və bu günümüzə verdiyimiz dəyərdir”. APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün işə başlayan İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransındakı çıxışında deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti öz daxili siyasətində islam mədəniyyətinə adi bütün abidələrin, tarixi irs nümunələrinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir: “Təəssüflər olsun ki, biz bu tədbirləri ölkəmizin bütün ərazisində həyata keçirə bilmirik. Çünki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib və orada islam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələri dağıdılıb. Mən xüsusi ilə vurğulamaq istərdim ki, həmin mədəniyyət nümunələri tək Azərbaycan xalqının deyil, bütün islam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu bəşər mədəniyyətinə qarşı təcavüzdür. Biz bu kimi məsələlər bu prizmadan yanaşmalı, birgə tədbirlər həyata keçirməliyik. Ona görə də təklif edirəm ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarında islam mədəniyyətinə aid abidələrə qarşı vandalizm fəaliyyətləri pislənməli və konfransın yekun sənədində bununla bağlı müvafiq bəndlər öz əksini tapmalıdır. Əminəm ki, İslam ölkələri hər zaman olduğu kimi bu təklifin qəbul edilməsində həmrəylik nümayiş etdirəcəklər”.
Nazir bildirib ki, bu gün ölkəmiz öz inkişaf dövrünü yaşayır və bu inkişaf bütün sahələrdə özünü göstərməkdədir: “Azərbaycan dövləti öz imkanlarından istifadə edərək mədəniyyət sahəsində islahatlar həyata keçirir. Ölkəmizin bütün mədəniyyət müəssisələrində yenidənqurma və bərpa işləri aparılır, onlar ən müasir texnologiyalarla təchiz edilməkdədir. Bu gün biz islam mədəniyyəti tarixində və islam xalqlarını mədəni həyatında çox mühüm bir hadisəni qeyd edirik. İnanıram ki, burada müzakirə olunan məsələlər müsəlman xalqlarının həyatında inkişafa doğru yeni pəncərə açacaq və qəbul ediləcək qərarlar ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə öz töhfələrini verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR