Bank Of Baku

Avropa Şurası Mədəniyyət və Mədəni İrs Direktorluğunun rəhbəri Robert Palmer Bakıya “Dialoq paytaxtı” statusu verilməsi təklifi ilə çıxış edib

Avropa Şurası Mədəniyyət və Mədəni İrs Direktorluğunun rəhbəri Robert Palmer Bakıya  “Dialoq paytaxtı” statusu verilməsi təklifi ilə çıxış edib
# 13 oktyabr 2009 10:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA “Azərbaycan İSESKO-ya üzv olan ölkələr arasında yeganə dövlətdir ki, Avropa Şurasının da üzvdür”. APA-nın məlumatına görə, İSESKO-nun baş katibi Əbdüləziz Əl Tüveycrinin İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında çıxışı zaman deyib. O, Avropa Şurası ilə Azərbaycanın mədəniyyət sahəsində yüksək əməkdaşlıq münasibətləri olduğunu vurğulayıb: “Bu əməkdaşlıq çərçivəsində Azərbaycan Avropa Şurasının mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik, mədəni turizm və digər bu kimi sahələrdə həyata keçirdiyi layihələrdə iştirak edir”.

Avropa Şurasının Mədəniyyət və Mədəni İrs Direktorluğunun rəhbəri Robert Palmer çıxışında bildirib ki, bu müzakirələrdə irəli sürülən fikirlərin müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqinə öz töhvələrini verəcəyinə əmindir. Bunun üçün biz real işlər və konkret tədbirlər həyata keçirməliyik. Biz artıq “Dialoq Paytaxtı” ideyası üzərində düşünməliyik. Bakı şəhəri “Dialoq Paytaxtı” statusunu ilk olaraq öz üzərinə götürə bilər. Bu, böyük məsuliyyətdir, çünki bu statusun vacibliyini təsdiqləmək böyük məsuliyyət tələb edir. İnanıram ki, bu təklif iştirakçılar tərəfindən müsbət qiymətləndiriləcək. Azərbaycan dövləti bu təşəbbüsləri daha da inkişaf etdirərək 2011-ci ildə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” təşkil edəcək. Bu forum Azərbaycan prezidenti İlham Əliyevin himayəsi ilə keçiriləcək. Mən hər birinizi bu qlobal təşəbbüsə dəstək verməyə və təşkilində yaxından iştirak etməyə dəvət edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR