Bank Of Baku

Azərbaycan Mavritaniya ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Mavritaniya ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq edəcək
# 13 oktyabr 2009 10:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Azərbaycan Mavritaniya ilə mədəniyyət və turizm sahəsində əməkdaşlıq edəcək. APA-nın mılumatına görə, bunu jurnalistlərə açıqlamasında Mavritaniyanın mədəniyyət, gənclər və idman naziri Madam Sisse Mint deyib. O Azərbaycana ilk dəfə gəldiyini deyib: “İslam ölkələri arasında əməkdaşlıq sahəsində çox iş görülməlidir. İslam mədəniyyəti çoxşaxəli və mükəmməl mədənidyyətdir. Biz onu daha da möhkəmləndirməli, inkişaf etdirməliyik. Azərbaycanla da mədəniyyət və turizm sahəsində əməkdaşlığı nəzərdə tuturuq. Bu səfər zamanı bu yöndə də danışıqlarımız olacaq. Hazırda bununla bağlı bir neçə layihələr işlənilir və bu əməkdaşlığın yaxın gələcəkdə olacağına əminəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR