Bank Of Baku

İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransında Bakı Bəyannaməsi qəbul olunacaq

İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransında Bakı Bəyannaməsi qəbul olunacaq
# 13 oktyabr 2009 11:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda keçirilən İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı çərçivəsində Bakıda səfərdə olan İSESKO-nun baş katibi Əbdüləziz Ibn Əl-Tüveycri və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən İSESKO-nun baş katibi Bakıda keçirilən bu konfransa çox yüksək dəyərləndirdiyini qeyd edib: “Hesab edirəm ki, bizim birinci masada etdiyimiz söhbət məzmunlu olub və bütün maraqları əhatə edir. Bundan sonra artıq konfransın iş günlərinə keçəcəyik və öz işimizi davam etdirəcəyik. Gördüyünüz kimi təqdim olunan sənədlər arasında çoxlu hesabatlar var. Bu hesabatlar keçmiş dövr ərzində İSESKO tərəfindən aparılan işin xülasəsidir və biz bununla bağlı burada olan bütün nazirlərə məlumat verəcəyik”. Əl-Tüveycri bildirib ki, konfrans çərçivəsində qəbul olunacaq ən vacib sənəd İslam ölkələri arasında mədəni turizmin inkişafına dair olacaq: “Bakı 2009-cu il müddətində İslam Mədəniyyətinin Paytaxtı elan edilib və bu işin öhdəsindən layiqincə gəlib. Biz Azərbaycanın həm mədəni, həm də dini müxtəlifliyini qəbul etdiyi üçün yüksək qiymətləndiririk”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə qeyd edib ki, konfrans çərçivəsində ötən ilin dekabrında qəbul olunmuş “Bakı prosesi”nin davamı olaraq Bakı bəyannaməsi qəbul ediləcək. Nazir vurğulayıb ki, bu bəyannamədə qəbul olunacaq qərarlar Bakı prosesinə əlavə ediləcək. Bu bəyannaməyə Dağlıq Qarabağda və Qüdsdə dağıdılan tarixi-mədəni abidələrlə bağlı xüsusi bənd əlavə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR