Bank Of Baku

Azərbaycanlı rəssam UNESCO-nun beynəlxalq qurumuna üzv seçilib

Azərbaycanlı rəssam UNESCO-nun beynəlxalq qurumuna üzv seçilib
# 13 oktyabr 2009 20:15 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün azərbaycanlı rəssam Nadir Hüseynova UNESCO-nun «Yeni era» Beynəlxalq Dünya Rəssamları Akademiyasının fəxri diplomu verilib.

APA-nın məlumatına görə, tədbir Bakıda Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində keçirilib. Mükafatı akademiyanın prezidenti, Çuvaşıstanın əməkdar rəssamı Anatoli Silov təqdim edib. Qeyd olunub ki, hazırda akademiyanın müxtəlif ölkələrdən olan 24 üzvü var, təsisçilər bu təşkilata üzv ölkələrin 130 çatacağına ümid edirlər. Tədbirdə tanınmış rəssamlar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, N.Hüseynov hazırda Türkiyənin Antalya şəhərində yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR