Bank Of Baku

Naxçıvan 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunub

Naxçıvan 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunub
# 14 oktyabr 2009 13:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv olmuş ölkələrinin mədəniyyət nazirlərinin VI toplantısı çərçivəsində layihələrin müzakirəsi davam edir. APA-nın məlumatına görə, bu gün Bakı prosesi ilə yekun bəyannamınin təsdiqi, Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması və Qarabağ abidələrinin islam mədəni irsinin dağıdılması ilə bağlı qətnaməyə qəbul edilməsi məsələlər təsdiqini tapıb.

Qeyd edək ki, bu gün mədəniyyət nazirlərinin VI toplantısına bu gün yekun vurulacaq. Sonda isə yekun sənədinin qəbulu və gələn il üçün hansı ölkənin İslam Mədəniyyətinin Paytaxtı elan ediləcəyi, eləcə də nazirlərin VII konfransının keçiriləcəyi yer müəyyənləşəcək.

Xatırladaq ki, İslam Konfransı Təşkilatına üzv ölkələrinin mədəniyyət nazirlərinin VI toplantısında 45 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir. Ümumilikdə toplantıya İslam ölkələri ilə yanaşı Avropa ölkələrinin nümayəndələri qatılıb. Konfrans nümayəndələrinin bu gün Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü keçirilib. Sabah isə konfransda iştirak etmək üçün Azərbaycana təşrif buyurmuş qonaqlar üçün xüsusi mədəni tədbirlər proqramı həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR