Bank Of Baku

“Sıxıntı, toz və köhnəlikdən uzaq muzeylər mədəniyyətlərarası dialoq üçün ömür boyu təhsil məkanı kimi” layihəsi üzrə növbəti tədbir keçirilib

“Sıxıntı, toz və köhnəlikdən uzaq muzeylər mədəniyyətlərarası dialoq üçün ömür boyu təhsil məkanı kimi” layihəsi üzrə növbəti tədbir keçirilib
# 15 oktyabr 2009 08:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Sıxıntı, toz və köhnəlikdən uzaq muzeylər mədəniyyətlərarası dialoq üçün ömür boyu təhsil məkanı kimi” layihəsi üzrə növbəti tədbir keçirilib. APA-nın məlumatına görə, “Muzeylərə dəstək şəbəkələrinin yaradılması və əhəmiyyəti” mövzusuna həsr olunan tədbirdə çıxış edən Almaniya Xalq Universitetləri Birliyinin Azərbaycan üzrə nümayəndə Sadiq İsgəndər bildirib ki, bu tədbir Avropa Komissiyasının “İnsanlara sərmayə: yerli mədəniyyətə doğru, mədəni müxtəlifliyin qorunması və təbliğatı” proqramı, Almaniyanın Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq və Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin (İCOM-Azərbaycan) “Azərbaycan Respublikasında yaşlıların təhsili” proqramı çərçivəsində baş tutub.

Layihə haqqında geniş məlumat verən azərbaycanlı nümayəndə deyib ki, təlim-seminarın ölkədə yaşlıların təhsili ilə yanaşı, ictimaiyyəti muzeyə cəlb etməklə muzeylərin sosial rolunun artırılmasına və bu sahədə muzey işçilərinin peşəkarlığının təkmilləşdirilməsinə xidmət edir. O, layihənin Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan və Ermənistanda da həyata keçirildiyini söyləyib. Layihə üçün ümumilikdə 550 min avro vəsait ayrılıb.

Almaniyanın Oldenburq şəhərində yerləşən Çarlz fon Ossietzski Universitetinin Ömür Boyu Təhsil Mərkəzinin layihə rəhbəri, muzeyşünas Tomas Ştilberq “Başqa təşkilatlarla əməkdaşlıq”, “Media şəbəkəsinin yaradılması”, “Muzey marketinqi”, “Tədbirlərin təşkili və idarə edilməsi sahəsində müasir təcrübə” mövzularında məruzələrlə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR