Bank Of Baku

2010-cu martında Kubada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

2010-cu martında Kubada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 15 oktyabr 2009 11:06 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. 2010-cu martında keçiriləcək Kuba-Azərbaycan hökumətlərarası komissiyasının III iclası çərçivəsində Kubada Azərbaycan Mədəniyyət Günlərinin təşkili planlaşdırılır. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Kubanın Azərbaycandakı səfiri Marselo Kabalyero Torres deyib. O bildirib ki, tədbirdə iştirak etmək üçün 60-a yaxın Azərbaycan mədəniyyət və incəsənət ustası Kubaya gedəcək. Onlar kubalıları Azərbaycanın sənət nümunələri, xüsusən də muğamla tanış edəcəklər. Azərbaycanda Kuba Mədəniyyət Günləri isə hökumətlərarası komissiyanın 2011-ci ildə Bakıda keçiriləcək IV yığıncağı çərçivəsində təşkil olunacaq.

Səfir mədəniyyətlərarası əlaqələrin genişləndirilməsi məqsədilə Bakıda məktəblilər arasında “Kuba haqqında nə bilirsiniz” mövzusunda müsabiqə keçiriləcəyini də söyləyib. Müsabiqənin qalibləri Kubaya göndəriləcək. Analoji müsabiqə Kubada da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR