Bank Of Baku

Əbülfəs Qarayev Bakıda səfərdə olan Qətərin mədəniyyət naziri ilə görüşüb

Əbülfəs Qarayev Bakıda səfərdə olan Qətərin mədəniyyət naziri ilə görüşüb
# 15 oktyabr 2009 11:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Qətərin mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kavari ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub. Hər iki nazir çıxışlarında gələcəkdə bu əməkdaşlığın daha da gücləndirilməsinə tərəfdarı olduqlarını bildiriblər. Həməd bin Əbdüləziz Əl-Kavari Bakıda iki gün müddətində keçirilən islam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransını yüksək səviyyədə təşkilindən məmnun olduğunu qeyd edib və Azərbaycan hökumətini bu cür tədbirin təşkili üçün təbrik edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə Qətərin mədəniyyət nazirinə bundan sonra da iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün lazımi proqramların təşkil olunacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR