Bank Of Baku

Azərbaycan Kamerunla mədəniyyət sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Kamerunla mədəniyyət sahəsində əməkdaşlıq edəcək
# 15 oktyabr 2009 14:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Kamerunun mədəniyyət naziri Ama Tutu Munanı qəbul edib. APA-nın məlumatına görə, nazirlərin görüşündə iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilib. Ə. Qarayev qonağa TÜRKSOY haqqında geniş məlumat verib və bu təşkilatda türkdilli ölkələrin toplandığını qeyd edib. Ama Tutu Muna Heydər Əliyev Fondunda olduqlarını vurğulayıb və Azərbaycanın son illər çox inkişaf etməsindən məmnunluq duyduğunu dilə gətirib. Kamerun xalqı haqqında məlumat verən mədəniyyət naziri ölkədə qarışıq millətlərin yaşadığını, ancaq bu qarışıqlığın ölkəyə heç bir mənfi təsir etmədiyini deyib. Ə. Qarayev bu cür görüşlərin iki ölkə arasında körpü rolunu oynadığını diqqətə çatdırıb. Daha sonra hər iki ölkə naziri mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı müəyyən addımların atılacağını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR