Bank Of Baku

Bakıda Qara Qarayev adına gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və konfransı keçiriləcək

Bakıda Qara Qarayev adına gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və konfransı keçiriləcək
# 15 oktyabr 2009 20:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Qara Qarayev adına gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və “Fortepiano Qara Qarayev yaradıcılığında” I beynəlxalq elmi - ifaçılıq konfransı keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gələn il aprelin 19-dan 30-dək keçiriləcək müsabiqə və konfrans Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının (BMA) 90 illik və Orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunacaq. İki mərhələdən ibarət olacaq müsabiqədə 10-25 yaşadək musiqiçilər iştirak edəcək. Konfransda yaşından asılı olmayaraq bütün pianoçuların iştirakı nəzərdə tutulur. Müsabiqədən fərqli olaraq, konfrans elmi və ifaçılıq hissələrindən ibarət bir bütöv mərhələdə keçiriləcək.

Elmi-ifaçılıq konfrans-müsabiqəsinin keçirilməsində əsas məqsəd Qara Qarayevin yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti, müxtəlif ölkələrin musiqi mədəniyyətlərinin yaxınlaşdırılmasıdır. Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqə və konfrans Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının dəstəyi ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR