Bank Of Baku

Mərakeşin incəsənət ustaları Sumqayıtda konsert proqramı ilə çıxış edəcək

Mərakeşin incəsənət ustaları Sumqayıtda konsert proqramı ilə çıxış edəcək
# 15 oktyabr 2009 21:38 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 15-19-da Azərbaycanda Mərakeş Krallığının Mədəniyyəti Günləri keçiriləcək.

Mədəniyyət Günlərinin proqramı çərçivəsində Sumqayıtda Mərakeş incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçiriləcək. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

Məlumata görə, konsert proqramı cari ilin oktyabr ayının 17-də Kimyaçı Mədəniyyət Sarayında baş tutacaq. Konsertdə mərakeşli musiqiçilər və teatr xadimləri çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR