Bank Of Baku

Bakıda İordaniya rejissorlarının filmləri nümayiş olunacaq

Bakıda İordaniya rejissorlarının filmləri nümayiş olunacaq
# 16 oktyabr 2009 00:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 19-22 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək İordaniya Haşimilər Krallığının Mədəniyyət Günləri çərçivəsində İordaniya rejissorlarının filmləri nümayiş olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, “Bakı - İslam mədəniyyətinin paytaxtı-2009” çərçivəsində keçiriləcək Mədəniyyət Günlərinin rəsmi açılış mərasimi oktyabrın 20-də Muzey Mərkəzində olacaq. Həmin gün Muzey Mərkəzində İordaniya filmləri nümayiş etdiriləcək. Oktyabrın 21-də isə Muzey Mərkəzində filmlərin nümayişi davam etdiriləcək və İordaniya sənət sərgisi tamaşaçılara təqdim olunacaq.
Mədəniyyət günləri oktyabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında İordaniyanın “Ət-Tafilə Dağları” mahnı-rəqs qrupunun konserti ilə yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR