Bank Of Baku

İrina Bokova YUNESKO tarixində ilk qadın baş direktor olub

İrina Bokova YUNESKO tarixində ilk qadın baş direktor olub
# 16 oktyabr 2009 08:40 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. YUNESKO-nun Parisda keçirilən Baş Konfransında bolqar diplomat İrina Bokovanın YUNESKO-nun baş direktoru postuna seçilməsi təsdiqlənib. APA-nın məlumatına görə, bununla da İrina Bokova YUNESKO tarixində bu quruma rəhbərlik edən ilk qadın olub. Sabiq baş direktor Koişiro Matsuuranın səlahiyyət müddəti isə noyabrda başa çatır. İrina Bokova bu posta YUNESKO İcra Şurasında keçirilən səsvermənin beşinci mərhələsində seçilib.
Qeyd edək ki, İrina Georgiyeva Bokova 1952-ci ildə Sofiyada anadan olub. O hazırda Bolqarıstanın Fransada səfiri və YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəridir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və Merilend Universitetində təhsil alan diplomat 1995-1996-cı illərdə Bolqarıstan xarici işlər nazirinin müavini, 1996-1997-ci illərdə isə xarici işlər naziri vəzifəsində işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR