Bank Of Baku

TÜRKSOY Daimi Şurasının toplantısında iştirak üçün Azərbaycana gələn qonaqlar Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər

TÜRKSOY Daimi Şurasının toplantısında iştirak üçün Azərbaycana gələn qonaqlar Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər
# 16 oktyabr 2009 11:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda TÜRKSOY Daimi Şurasının XXVI toplantısı keçiriləcək. APA-nın məlumatına görə, tədbirdə iştirak etmək üçün Bakıya gələn TÜRKSOY-un baş direktoru Düsen Kaseinov Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və digər iştirakçılarla birlikdə Heydər Əliyevin abidəsinin qarşısına əklili qoyub. Daha sonra toplantı iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, TÜRKSOY Daimi Şurasının XXVI toplantısının bu gün keçiriləcək açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin təbrik- salamlama məktubu oxunacaq, Daimi Şuranın müvəqqəti koordinatoru, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov və təşkilata üzv dövlətlərin mədəniyyət nazirləri çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR