Bank Of Baku

Düsen Kaseinov: “Novruz bayramının Avropa ölkələrində də keçirilməsi ilə bağlı addımlar atılacaq”

Düsen Kaseinov: “Novruz bayramının Avropa ölkələrində də keçirilməsi ilə bağlı addımlar atılacaq”
# 16 oktyabr 2009 14:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Novruz bayramının Avropa ölkələrində də keçirilməsi ilə bağlı addımlar atılacaq”. APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan TÜRKSOY-un baş direktoru Düsen Kaseinov söyləyib. O bildirib ki, Novruz bayramının YUNESCO-nun Mədəni İrs Siyahısına daxil edilməsi artıq bu yolda əldə edilmiş uğurlardan biridir. D. Kaseinov yaxın gələcək üçün Novruz bayramının Avropa ölkələrində qeyd edilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb və bu məsələnin müsbət həll olunması üçün TÜRKSOY-a üzv dövlətlərin daha sıx əməkdaşlıq etmələrinin vacibliyini vurğulayıb. Təşkilat rəhbəri eləcə də TÜRKSOY-un nəzdində maddi fondun və türk dövlətlərinin Akademiyasının yaradılması təklifi ilə də çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR