Bank Of Baku

Azərbaycanın milli musiqi aləti olan balaban TÜRKSOY-un Ankarada açılacaq muzeyinə hədiyyə edilib

Azərbaycanın milli musiqi aləti olan balaban TÜRKSOY-un Ankarada açılacaq muzeyinə hədiyyə edilib
# 16 oktyabr 2009 15:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın milli musiqi aləti olan balaban TÜRKSOY-un Ankaradakı ofisinin nəzdində açılması nəzərdə tutulan türk xalqlarının milli musiqi alətləri muzeyinə hədiyyə edilib. APA-nın məlumatına görə, Muzey Mərkəzində keçirilən TÜRKSOY-a üzv ölkələrin rəssam və fotoqrafların sərgisində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu hədiyyəni TÜRKSOY-un baş direktoru Düsen Kaseinova verib. Əməkdar artist, balaban ifaçısı İlham Nəcəfov balabanı baş direktora hədiyyə etməmişdən öncə “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib. TÜRKSOY-un baş direktoru isə bildirib ki, artıq bu dəyərli musiqi alətinin həmin muzeydə yeri hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR