Bank Of Baku

Azərbaycanda Mərakeş Mədəniyyət Günləri başlayıb

Azərbaycanda Mərakeş Mədəniyyət Günləri başlayıb
# 16 oktyabr 2009 15:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda Mərakeş Krallığının Mədəniyyət Günləri ilə əlaqədar Mərakeş rəssamlarının sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda təşkil olunan sərgidə 40-a yaxın müxtəlif janrda əsərlər nümayiş etdirilib. Sərginin açılış mərasiminə Mərakeş Krallığının mədəniyyət naziri, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, eləcə də Mərakeş rəssamları qatılıblar. İştirakçılara Mərakeş musiqiçiləri və rəqqaslarının ifasında musiqi nömrələri təqdim olunub.

Daha sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Mərakeş Krallığının Azərbaycan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Mərakeşin mədəniyyət və incəsənət ustalarının ifasında maraqlı musiqi nömrələri ifa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR