Bank Of Baku

İsveçrədə “Mövsümi festival Azərbaycan-2009” tədbiri keçiriləcək

İsveçrədə “Mövsümi festival Azərbaycan-2009” tədbiri keçiriləcək
# 19 oktyabr 2009 11:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 19-dan dekabrın 6-dək İsveçrədə “Mövsümi festival Azərbaycan-2009” tədbiri keçiriləcək. APA-nın məlumatına görə, tədbirin açılış mərasimində Teymur Göyçayevin rəhbərliyi altında Q. Qarayev adına Dövlət Kamera Orkestri Üzeyir Hacıbəyli, Qara Qarayev və başqa bəstəkarların əsərlərini ifa edəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İsveçrənin Bern, Bazel, Cenevrə, Ustre, Sürix və başqa şəhərlərində təşkil ediləcək festival çərçivəsində Azərbaycanın mədəniyyət günləri keçiriləcək. Mədəniyyət günlərində kino nümayişi, teatr tamaşası, caz və klassik musiqi konserti, muğam, aşıq musiqisi və xalça sərgiləri təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR