Bank Of Baku

“Uşaq ili” çərçivəsində “Cik-Cik xanım” adlı nağıl-tamaşa göstəriləcək

“Uşaq ili” çərçivəsində “Cik-Cik xanım” adlı nağıl-tamaşa göstəriləcək
# 20 oktyabr 2009 00:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı tədbirlər planının icrasını təmin etmək məqsədilə Qaradağ rayonunda yerləşən 166 saylı orta ümumtəhsil məktəbində uşaqlar üçün hazırlanan “Cik-Cik xanım” adlı nağıl-tamaşa göstərəcək.

İdarənin mətbuat katibliyindən APA-ya verilən məlumata görə, nağıl-tamaşanın nümayişində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlara dövlət qayğısının artırılmasından ibarətdir.

Baş idarə tərəfindən “Uşaq ili” çərçivəsində Bakının bütün rayonlarında uşaq tamaşaları nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR