Bank Of Baku

Müslüm Maqomayevin vəfatının ildönümü münasibətilə onun qəbirüstü abidəsinin açılışı və anım tədbiri keçiriləcək

Müslüm Maqomayevin vəfatının ildönümü münasibətilə onun qəbirüstü abidəsinin açılışı və anım tədbiri keçiriləcək
# 20 oktyabr 2009 12:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Müslüm Maqomayevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, Müslüm Maqomayevin oktyabrın 22-də Fəxri Xiyabandakı məzarında qəbirüstü abidəsinin açılışı keçiriləcək. Abidənin müəllifi heykəltəraş Ömər Eldarovdur.

Daha sonra “Park İnn” otelində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə xüsusi tədbir keçiriləcək. Bu tədbirdə sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya və qızı Marina da iştirak edəcək. Rusiyanın dövlət məmurları, tanınmış mədəniyyət və incəsənət xadimləri də Bakıya gələcəklər. Oktyabrın 25-də isə Müslüm Maqomayevin vəfatının ildönümü ilə əlaqədar Moskvada silsilə tədbirlər təşkil olunacaq.

Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də Moskvada vəfat edib. Sənətkarın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR