Bank Of Baku

Sevil Əliyeva və Yuri Başmet Rusiya-Azərbaycan birgə musiqi layihəsinə start veriblər

Sevil Əliyeva və Yuri Başmet Rusiya-Azərbaycan birgə musiqi layihəsinə start veriblər
# 20 oktyabr 2009 15:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moskva ilə Bakı arasında yaradılmış videokörpü vasitəsilə Rusiya-Azərbaycan birgə musiqi layihəsinə start verilib. APA-nın məlumatına görə, bəstəkar Sevil Əliyevanın yazdığı instrumental musiqi SSRİ xalq artisti Yuri Başmetin rəhbərlik etdiyi simfonik orkestrin ifasında səslənəcək. Videokörpüdə iştirak edən S. Əliyeva bildirib ki, musiqi artıq hazırdır və indi əsərin partiturası yazılır. APA-nın “əsərdə Azərbaycan melodiyalarından istifadə etmisinizmi?” sualını cavablandıran bəstəkar, Azərbaycan musiqisi ilə böyüdüyünü söyləyib: “Bu musiqi mənim daxilimdən gəlir. Əlbəttə ki, Azərbaycan melodiyalarından istifadə etmişəm”.

S. Əliyeva özündə musiqiyə həvəsi təsadüfən aşkar etdiyini, valideynlərinin də bu bacarığın inkişafına dəstək verdiklərini deyib. Yeganə diskinin 1987-ci ildə Müslüm Maqomayev və Radmila Karaklaiçin ifasında yazılan nəğmələrdən ibarət olduğunu xatırladan bəstəkar, M. Maqomayevin ölümündən sonra mahnı yazmayacağına, yalnız instrumental musiqi bəsləyəcəyinə söz verib: “Müslüm Maqomayev kimi unikal ifaçı, gözəl insan heç vaxt olmayıb və olmayacaq. O, bizim ailəmizin çox yaxın dostu olub və ölümü bizim üçün çox acı itkidir”.

Layihə rəhbərləri konsert-prezentasiyanın gələn il Moskvada keçiriləcəyini, bu musiqinin Bakıda da səslənməsi ilə bağlı hələ qərar verilmədiyini açıqlayıblar.

Y. Başmet də Azərbaycan musiqisi haqqında çox yüksək fikirdə olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR