Bank Of Baku

Muzey Mərkəzində İordaniyada istehsal olunmuş sənədli filmi nümayiş olunub

Muzey Mərkəzində İordaniyada istehsal olunmuş sənədli filmi nümayiş olunub
# 20 oktyabr 2009 16:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində İordaniya Mədəniyyət Günləri çərçivəsində bu ölkənin istehsalı olan “Muğayat olun, komentarilər aşağıdaklardır” sənədli filmi nümayiş etdirilib. APA-nın məlumatına görə, Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbiri yüksək qiymətləndirib və bu cür film nümayişlərinin daha tez-tez təşkilini arzulayıb.

Nümayiş olunan film İordaniyanın ictimai həyatından bəhs edir. Filmdə əsas diqqət gənclərə və qadınlara yönəlib.

Qeyd edək ki, İordaniya Krallığının Azərbaycanda Mədəniyyət Günləri oktyabrın 22-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR