Bank Of Baku

Əbülfəs Qarayev Musiqili Komediya Teatrının işçisini 65 illik səmərəli əmək fəaliyyəti münasibətilə mükafatlandırıb

Əbülfəs Qarayev Musiqili Komediya Teatrının işçisini 65 illik səmərəli əmək fəaliyyəti münasibətilə mükafatlandırıb
# 20 oktyabr 2009 23:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının işçisi Saraxanım Kərimovanı teatr sənəti sahəsində 65 illik səmərəli fəaliyyəti münasibətilə mükafatlandırıb.

Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, Saraxanım Kərimova Böyük Vətən müharibəsi illərində Musiqili Komediya Teatrına işləməyə başlayıb və həmin vaxtdan indiyə kimi teatrda çalışıb. Böyük Vətən Müharibəsi və Əmək veteranı olan S.Kərimova “1941-45-ci illərin müharibə iştirakçısı”, “Hamilik üçün”, “Əmək əlaçısı”, başqa medal və fəxri fərmanlarla təltif olunub. Çalışdığı 65 il ərzində teatrın repertuarında olan bütün tamaşalarda Saraxanım Kərimovanın xidmətləri əvəzsizdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR