Bank Of Baku

Sumqayıtda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Yubiley Kuboku” keçirilib

Sumqayıtda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Yubiley Kuboku” keçirilib
# 20 oktyabr 2009 18:45 (UTC +04:00)
Bakı – APA. Sumqayıtda “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə “Yubiley Kuboku” keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev “APA-Economics”ə bildirib ki, şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Sumqayıtın 60 illik və Baş İdarə nəzdində “Sumqayıt İntellekt Mərkəzi” Klubunun 1 illik yubileylərinə həsr olunmuş yarışda hər biri 6 nəfərdən ibarət 25 komanda, o cümlədən Bakı şəhərini təmsil edən 4 komanda iştirak edib.

Tədbirdə çıxış edən Baş İdarənin Gənclərlə iş üzrə sektorunun müdiri Rüstəm Sadıqzadə yarışda iştirak edən komandalara uğurlar arzulayıb. O, Baş İdarənin son dövrlərdə intellektual oyunlar istiqamətində həyata keçirdiyi tədbirlərdən, şəhər gənclərinin bu sahədə əldə etdikləri nailiyyətlərdən danışıb.

Daha sonra “Sumqayıt İntellekt Mərkəzi” Klubunun sədri “Yubiley Kuboku”nun keçirilmə qaydaları haqqında məlumat verib. “Yubiley kubokunu”nun Əsasnaməsinə və reqlamentinə müvafiq olaraq 3 turdan və 45 sualdan ibarət olan yarışın gedişində gərgin mübarizədən sonra “İqtisadçı” (Bakı) komandası I yerə, “Renessans” (Sumqayıt) komandası II yerə, “Ekspert” (Bakı) komandası isə III yerə layiq görülüb.

Sonda qaliblər Baş İdarənin Fəxri fərmanları və hədiyyələri ilə təltif olunub, həmçinin I yerin qalibi “İqtisadçı” komandasına Kubok təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR