Bank Of Baku

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Bakıda piratçılığa qarşı regional seminar keçirəcək

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Bakıda piratçılığa qarşı regional seminar keçirəcək
# 21 oktyabr 2009 05:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) piratçılığa qarşı mübarizəyə həsr olunan regional seminarı Bakıda keçiriləcək.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun APA-ya verdiyi məlumata görə, Azərbaycan piratçılığa qarşı mübarizə tədbirləri baxımından artıq MDB məkanında lider mövqeyini bərpa edib: “Azərbaycanın əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı atdığı ciddi addımları nəzərə alan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı özünün növbədənkənar seminarını noyabrda Bakıda keçirmək qərarına gəlib. Mən ÜƏMT-nin baş direktoru Frensis Qarridən məktub almışam. Orada təklif olunur ki, Azərbaycan tərəfi noyabr ayında vaxt müəyyənləşdirsin və bütün MDB məkanı ölkələrinə öz təcrübəsini göstərsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR