Bank Of Baku

Azərbaycanın Əqli Mülkiyyət üzrə Milli Strategiyası hazırlanıb

Azərbaycanın Əqli Mülkiyyət üzrə Milli Strategiyası hazırlanıb
# 21 oktyabr 2009 01:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanın Əqli Mülkiyyət üzrə Milli Strategiyası hazırlanıb. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.

Onun sözlərinə görə, “Əqli mülkiyyət Dövlət Proqramı” (2009-2012-ci illər) adlanan sənəd əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı prioritet istiqamətləri və görülən işləri özündə əks etdirir: “Sənəd hazırda Azərbaycan Nazirlər Kabinetindədir. Daha sonra isə təsdiq olunmaq üçün ölkə prezidentinə göndəriləcək”.

K.İmanovun dediyinə görə, ölkə prezidentinin tapşırığı ilə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun da hazırlanıb: “Sözügedən qanuna əsasən, tərkibində əqli mülkiyyət olan bütün mallar, xüsusən də kompüter proqramları, CD və DVD-lər üzərində xüsusi nəzarət holoqramları olacaq. Bu, pirat və saxta məhsulları öncədən ayırd eləməyə imkan verəcək”.

Agentlik rəhbəri bildirib ki, artıq qanunla bağlı rəhbərlik etdiyi qurumda hazırlıq işlərinə başlanılıb: ”Agentliyin nəzdində Əqli Mülkiyyət Mərkəzinin yaradılması planlaşdırılır. Gələn ilin sonuna qədər Mərkəzin yaradılması başa çatdırılacaq. Mərkəz əvvəlcə ictimai qurum kimi, daha sonra isə agentliyin strukturu kimi fəaliyyət göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR