Bank Of Baku

XVI Minsk beynəlxalq “Listopad” festivalının əsas müsabiqəsində Azərbaycanı “Günaydın mələyim” filmi təmsil edəcək

XVI Minsk beynəlxalq “Listopad” festivalının əsas müsabiqəsində Azərbaycanı “Günaydın mələyim” filmi təmsil edəcək
# 21 oktyabr 2009 09:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 14-21 noyabr tarixlərində XVI Minsk beynəlxalq “Listopad” kinofestivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən APA-ya verilən məlumata görə, festivalda Azərbaycan da təmsil olunacaq. Azərbaycan bu beynəlxalq festivalda Oqtay Mirqasımovun “Günaydın mələyim” və Elçin Musaoğlunun “40-cı qapı” filmləri ilə iştirak edəcək. “Günaydın mələyim” filmi festivalın əsas müsabiqəsində ölkəmizi təmsil edəcək. İkinci film isə festivalın proqramında nümayiş olunacaq. “Listopad” kinofestivalında 18 bədii, 24 sənədli, 8 uşaq filminin iştirakı gözlənilir. “Günyadın mələyim” filmində baş rolun ifaçısı Ayan Mirqasımovadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR