Bank Of Baku

Azərbaycanın Müstəqillik günü ilə bağlı Kiyevdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib

Azərbaycanın Müstəqillik günü ilə bağlı Kiyevdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib
# 21 oktyabr 2009 19:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. 18 Oktyabr - Azərbaycanın Müstəqillik günü münasibətilə Kiyevdə T.Şevçenko adına Milli Akademik Opera və Balet Teatrında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert keçirilib.
APA-nın məlumatına görə, konsertin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Milli Akademik Opera və Balet Teatrı olub, tədbir Heydər Əliyev Fondu tərəfindən dəstəklənib.
Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bildirib ki, bu tədbirin keçirilməsi Azərbaycanla Ukrayna arasında dostluq əlaqələrin mövcudluğunu göstərir: “Ukrayna bizim strateji tərəfdaşımızdır, biz regional təşkilatlarda və beynəlxalq səviyyədə bir-birimizi dəstəkləyirik”. Səfir bu dostluğa sübut kimi oktyabrın 12-də Kiyevdə ARDNŞ-nin nümayəndəliyinin açılmasını göstərib.
Konsertə dəvət olunmuş Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Ukrayna siyasi xadimləri teatr orkestrinin ifasında Azərbaycan bəstəkarları Ü.Hacıbəyov, Q.Qarayev, F.Bədəlbəyli, H.Xanməmmədov, G.Rzayeva, M.Maqomayevin əsərlərini, tarzən Ramiz Quliyevin tarda ifasını dinləyiblər.
Analoji konsertlər Donetsk və Xarkovda da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR