Bank Of Baku

Əbülfəs Qarayev: “Bakı Beynəlxalq Caz Festivalı gələn ildən dünyanın ən məşhur caz festivalı olan Montrö festivalının filialı kimi keçiriləcək”

Əbülfəs Qarayev: “Bakı Beynəlxalq Caz Festivalı gələn ildən dünyanın ən məşhur caz festivalı olan Montrö festivalının filialı kimi keçiriləcək”
# 22 oktyabr 2009 08:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçirilən Beynəlxalq Caz Festivalının gələn ildən etibarən dünyanın ən məşhur caz festivalı olan Montrö festivalının filialı kimi keçiriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, artıq bununla bağlı dünyanın ən böyük caz festivalı olan Montrö festivalının təşkilatçıları ilə danışılıb: “Bu festivalın beynəlxalq əhəmiyyəti böyüyür. Gələn il Bakıda daha möhtəşəm caz festivalı keçiriləcək. Beynəlxalq Caz Festivalının gələn ildən etibarən Montrö Festivalının filialı kimi keçirilməsinin böyük marağa səbəb olacağına əminəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR