Bank Of Baku

Sergey Yeseninin ev-muzeyinə yeni eksponatlar təqdim olunub - FOTO

Sergey Yeseninin ev-muzeyinə yeni eksponatlar təqdim olunub - <font color=red>FOTO</font>
# 22 oktyabr 2009 13:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Moskvada yerləşən Serqey Yesenin dövlət muzeyi Mərdəkandakı Sergey Yeseninin ev-muzeyinə hədiyyələr göndərib. APA-nın məlumatına görə, hədiyyələri Mərdəkan muzeyinin direktoru N. İbadovaya Rusiyanın Azərbaycandakı səfirinin xanımı O. Doroxina təqdim edib. Hədiyyələr arasında şairin şəkilləri, kitabları, təqvimlər və s. əşyalar var. “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəsi Ə.Şeyxovun iştirakı ilə keçirilən görüşdə muzeylər arasında birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR