Bank Of Baku

Fərhad Bədəlbəyli: “Azərbaycan cazının dünyada öz yeri var”

Fərhad Bədəlbəyli: “Azərbaycan cazının dünyada öz yeri var”
# 23 oktyabr 2009 09:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan cazının dünyada öz yeri var. Vaqif Mustafazadə bunun möhürünü qoydu və hazırda gənc ifaçılarımız İsfar Sarabski, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli bu ənənəni davam etdirir”. Bu sözləri APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli Bakıda keçirilən Beynəlxalq Caz Festivalına münasibət bildirərkən deyib. Xalq artisti Azərbaycan cazının dünyada özünəməxsusluğu ilə fərqləndiyini, bu fərqin də bilavasitə muğamla bağlı olduğunu söyləyib: “Braziliya, Kuba, Polşa və bir neçə ölkədə cazın spesifik çalarları var. Kuba cazı daha çox emosionaldır. Azərbaycan cazı isə muğam üzərində qurulub və bu, çox gözəldir. Çox yaxşıdır ki, Bakıda keçirilən Beynəlxalq Caz Festivalı ənənəsi bu il də davam etdirilir. Festivalların ən böyük problemi odur ki, hansısa festival bir-iki il keçirilir, sonra ya maliyyə, ya da ifaçı problemi ilə əlaqədar dayandırılır. Ötən il Azərbaycanda bu festivalın keçirilməməsi bizim hər birimizə çox pis təsir etdi. Bu il əl-ələ verib bu festivalı bərpa etdik. İsfar Sarabskinin qalib olduğu Montrö Caz Festivalının artıq 36 yaşı var. Bizim istəyimiz odur ki, Bakı Caz Festivalı da mütəmadi davam etsin. Çünki o zaman festivalın nüfuzu, hörməti daha yüksək olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR