Bank Of Baku

“Kitabla dost ol, ən fəal oxucu ol” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək

“Kitabla dost ol, ən fəal oxucu ol” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək
# 24 oktyabr 2009 00:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən kitabxanalarda ən fəal oxucuların müəyyən olunması məqsədilə keçirilən “Kitabla dost ol, ən fəal oxucu ol” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, mükafatlandırma mərasimi oktyabrın 27-də, Maksim Qorki adına kitabxanada baş tutacaq. 2009-cu ilin Azərbaycanda “Uşaq İli” elan edilməsi ilə əlaqədar keçirilən müsabiqədə uşaq ədəbiyyatı nümunələrindən ibarət sərginin nümayiş etdirilməsi də nəzərdə tutulur. Həmin gün müsabiqənin qalibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, bu müsabiqənin keçirilməsində əsas məqsəd kitaba, mütaliəyə, kitabxanalara marağı artırmaq, uşaqların şəxsiyyət kimi formalaşmasında kitabın, kitabxanaların nə qədər əhəmiyyətli rol oynadığını bir daha diqqətə çatdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR