Bank Of Baku

Bakıda tələbələrin növbəti Beynəlxalq Film Festivalı keçiriləcək

Bakıda tələbələrin növbəti Beynəlxalq Film Festivalı keçiriləcək
# 23 oktyabr 2009 19:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın sonlarında Bakıda növbəti VI START Beynəlxalq Tələbələrin Film Festivalı keçiriləcək. Bu barədə APA-ya festivalın təşkilatçıları məlumat verib.

Məlumata görə, festivala hər il dünyanın bir çox ölkələrindən gənc kinematoqrafçılar qatılır. Bu il də 15 ölkədən filmin iştirak edəcəyi gözlənilir. Festivalın keçirilməsində məqsəd milli kinomuzda gənc nəslin yaradıcılıq səviyyəsinin dəyərləndirilməsi, onların qarşılaşdığı problem və qayğıları öyrənməkdir. Festivalda iştirak etmək istəyən tələbə kinematoqrafçıların filmlərinin qəbuluna artıq başlanılıb və bu, noyabrın 5-dək davam edəcək.

VI START Beynəlxalq Tələbələrin Film Festivalı “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR